Nigar Aşurbəyli-Hüseynova Pirverdi

Nigar Aşurbəyli-Hüseynova Pirverdi

“Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti

رابط Avesis
Bakı, Həsən Əliyev, 135 (II Tədris binası)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
1977-ci ildə  Bakı şəhərində anadan olub.
1999 -cu ildə bakalavr səviyyəsini, 2006-cı ildə isə Azərbaycan  Dövlət İqtisad Universitetinin  “Maliyyə” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2014-cü ildə “Valyuta tənzimlənməsinin  makroiqtisadi sabitliyin təmin olunmasında rolu” mövzusunda dissertasiya işini müdafiyə edərək, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2019-cu ildən «Daxili fiskal siyasət və dövlət maliyyəsi» mövzusunda UNEC-də iqtisad elmləri doktoru elmi dərəcəsi proqramı üzrə  doktorluq dissertasiyası üzərində çalışır.

Əmək fəaliyyətinə 1998- ci ildən başlamışdır. Pedaqoji fəaliyyətə  2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi” kafedrasında başlamışdır. 2016-cı ildə kafedranın adının dəyişməsi ilə əlaqədar  “Maliyyə və  maliyyə institutları” kafedrasının müəllimi, , 2019-cu ildən “İqtisadiyyat” kafedrasının baş müəllimi və 2022ci ildən hazıradək “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti vəzifəsində çalışır. 

    
Uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətini  nəzərə alaraq  UNEC rektoru prof. Ə.C.Muradov tərəfindən 15.10.2018- ci il tarixli 899/3/2018 saylı ƏMRə əsasən  təşəkkürnamə ilə təltif edilib.
Yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə və UNEC – ın yaradılmasının 95 illik yubileyi münasibətilə  498/3/2025 saylı 18.06.2025 -ci il tarixli Əmrə əsasən FƏXRİ  FƏRMANla təltif edilib.

Ailəlidir. 2 övladı var.