Mehdiyeva Leyla Tofiq qızı 1972-ci il iyunun 25-də Bakı şəhərində anadan olmuşdur.
1989-cu ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına daxil olmuşdur.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
2001-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertanturaya daxil olmuşdur.
2005-ci ildə namizədlik dissertasiya işini müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
1994-2008-ci illərdə BBY-də müəllim vəzifəsində çalışmışdır.
2008-ci ildən Azərbycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” kafedrasında baş müəllim vəzifəsində çalışıb.
Hazırda İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının dosentidir.