İlhamə   Allahverdiyeva Fəxrəddin

İlhamə Allahverdiyeva Fəxrəddin

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi

رابط Avesis
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)

8 aprel 1978-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur.
1995-cu ildə orta məktəbi bitirdikdən sonra elə həmin ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun Əmtəəşünaslıq fakültəsinin Qeyri ərzaq mallarının əmtəəşünaslığı ixtisasına daxil olmuş, 1999-cu ildə institutun bakalavr təhsil pilləsinin bitirmişdir.
1999-cu ildə həmin fakültənin Magistratura şöbəsinə daxil olmuş və magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2001-ci ildə “Qeyri ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kafedrasına böyük laborant kimi işə başlamışdır.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının keyfiyyət ekspertizası” kafedrasında assistent, 2004-cü ildən baş müəllim vəzifəsində çalışıb.
2015-ci ildən Azərbaycan Texniki Universitetinin dissertantıdır,
Türkiyənin nüfuzlu universitetləri, o cümlədən Yıldız Teknik Universiteti , Qazi Universiteti və UNEC tərəfindən Materiallar  mühəndisliyi ixtisasının fənləri üzrə təşkil olunan 17 təlimdə uğurla iştirak etmişdir.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimidir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2017/2018-ci (62 yer), 2019/2020 – ci (45 yer), 2020-2021-ci (33 yer) tədris illərinin  nəticələrinə görə ilk yüzlüyə daxil olmuşdur.
Özünüinkişaf istiqamətində çoxlu sayda təlim, seminar və kurslara qatılaraq  30-a yaxın sertifikat və təşəkkürnaməyə layiq görülmüşdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.