Aytən Niyazova  Ağaisa

Aytən Niyazova Ağaisa

"Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti

رابط Avesis
 Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris Binası)
+(994) 12 492-59-03 (13-24)
14 iyun 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.
1999-cu ildə Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyini bitirmişdir.
1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində kimya müəllimliyi ixtisası üzrə təhsil alıb.
2003-2005-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində Üzvi kimya ixtisasından magistr dərəcəsi almışdır.
2006-2012-ci illərdə AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun dissertantı olmuşdur.
05.04.2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının qərarı ilə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2018-2023-cü illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində Üzvi kimya ixtisasında elmlər doktoru proqramı üzrə doktorantı olmuşdur.
2005-ci ildə Sumqayıt Dövlət Universitetinin Kimya fakültəsinin Üzvi və fiziki-kimya kafedrasında laboratoriya müdiri, 2012-2020-ci illərdə assistent vəzifəsində çalışmışdır.
2020-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasında baş müəllim, 2025-ci ildən dosent vəzifəsində çalışır.
2015-ci ildə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “İlin gənc alimi” mükafatı ilə təltif edilmişdir.
“Tədqiqatçı” adlarının təsis edilməsi haqqında UNEC-in 19.03.2019-cu il tarixli əmrinə əsasən 01.09.2025-ci ildə dos. A.Niyazovaya “Tədqiqatçı-dosent” statusu verilib.
Ailəlidir, iki övladı var.