2004-cü ildən 2023-cü ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici Dillər kafedrasında çalışıb.
06.09.2023-cü il tarixdən Xarici dillərin tədrisi mərkəzinin 0,5 ştat əvəzçiliklə dosenti vəzifəsində saxlanılmaqla Xarici dillər departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.
21 oktyabr – 4 noyabr 2013-cü ildə “Mövlanə mübadilə proqramı” çərçıvəsində Ankaranın Hacettepe Universitetinə təcrübə məqsədi ilə ezam olunub. Həmin təcrübə nəticəsində Hacettepe Universitetinin “Dünya Dilləri” adlı sertifikatını qazanıb. İştirakı ilə bağlı İqtisad universitetinin rektoruna təşəkkür məktubu ünvanlanmışdır.
Beynəlxalq müəllim adını almışdır. 2016-cı ilin may ayının 7-də IELTS imtahanından müvəffəqiyyətlə keçərək ingilis dili biliyi 8.5 səviyyəsi ilə qiymətləndirilmişdir. 2019-cu ildə İspaniyanın Barselona Şəhərində Oksford universiteti tərəfindən təşkil edilən “DELTA” module-1 proqramında iştirak etmiş və DELTA diplomunu əldə etmişdir.
18 milli və 12 beynəlxalq sertifikatı var.Filologiya üzrə fəlsəfə doktorudur. 20.04.2022-ci il tarixdən Xarici dillərin tədrisi mərkəzinin dosenti vəzifəsinə keçirilib. Hazırda Xarici dillər departamentinin direktorudur.